• KEYFİYYƏT

Kompleksin tikintisində istifadə edilən materiallar yüksək keyfiyyət standartlarına tam cavab verəcək şəkildə hazırlanmışdır. Tikintinin hər bir mərhələsi xüsusi keyfiyyət və davamlılıq testindən keçirilib, sertifikatlaşıdırılıb. Binaların pəncərə sistemi alman istehsalı olan xüsusi hermetik şüşələr ilə hazırlanıb. Bu da şüşələrin qırılmazlığı və təhlükəsizliyi baxımından çox vacibdir. Qeyd edək ki, bu materiala malik şüşə sistemi yalnız BCR layihəsinə daxil olan binalardadır. Bizim layihənin fərqləndirici xüsusiyyətlərindən biri də binaların xüsusi izolyasiya ilə üzlənməsidir. Bu izolyasiya ardıcıl olaraq mata, preslənmiş daş yunu, mata, tor (setka), mata, döşəmə, çöl boyası qatlarından ibarətdir. Bundan əlavə, bloklarda istifadə olunan kermaqranit Türkiyə istehsalıdır.