• AVTODAYANCAQ

Böyük şəhərin böyük problemlərindən biri də avtomobillərin saxlanması yerləridir. Yeni yaşayış kompleksinizdə sizi bu problemdən uzaq tutmaq üçün 200-dən artıq avtomobilin yerləşə biləcəyi yeraltı və yerüstü avtodayanacaqlar salınıb. Ümumi parkinq sistemi elə düşünlüb ki, siz istədiyiniz vaxt avtomobilinizi təhlükəsiz və rahat nəzərdə tutulmuş yerlərə park edə bilərsiniz. Yerüstü avtodayancaq yerləri və uşaq oyun meydançası arasındakı xüsusi məsafə uşaqların təhlükəsizliyini tam təmin edir.