• KOMPLEKS XİDMƏT

“Müasir Bakıda hüzurlu yaşayış” devizimizdən yola çıxaraq hər zaman kompleksimizin hər bir sakininə bərabər şəkildə, böyük məmnuniyyətlə və ən əsası yüksək keyfiyyətlə xidmət göstəririk. Blokların hər birində quraşdırılmış 3 ədəd sürətli, səssiz lift və avtodayanacaqdan liftə birbaşa giriş-çıxış olması sırf sizin rahat gediş-gəlişiniz üçündür. Layihə daxilindəki hər bir bina 24/7 su ilə təchiz olunur. Mərkəzi elektrik təchizatı sistemi və xüsusi generatorlar isə evinizi kəsintisiz elektrik enerjisi ilə təmin edir. Həmçinin siz rəqəmsal TV şəbəkələrinə, internet provayderlərinə rahatlıqla qoşula bilərsiniz.