ƏRAZİ

Şəhərin səs-küylü hissəsindən kənarda yerləşən, lakin mərkəzə elə də uzaq olmayan Baku City Residence yaşayış kompleksi ən mühüm prospektlərdən olan Heydər Əliyev prospektində yerləşir. 

Ümumi ərazisi 200.000 m² olan kompleksin ərazisində 6 yaşayış binası, avtodayanacaqlar, təhsil, idman, əyləncə və istirahət mərkəzləri salınmışdır. Hər biri 24 mərtəbədən ibarət olan binalardakı mənzil sayı 700-dür. Mənzillərin otaq sayı - 2, 3, 4, 5 -dir.

İNFRASTRUKTUR

İSTİRAHƏT

Kompleksimizdə sizin və ailənizin rahat istirahət etməyi və asudə vaxtını gözəl keçirməyi üçün demək olar ki, hər bir şərait yaradılıb. Yaşayış binalarının ətrafı sanki yaşıl parklarla əhatə olunub. Çoxlu sayda ağaclar ərazidə həm ekoloji cəhətdən sağlam mühit yaradır, həm də kompleksin ümümi görüntüsünə gözəllik qatır. 

Balacaları da unutmadıq. Onlar üçün də geniş oyun meydançası və müxtəlif karusel, atraksiyonlardan ibarət böyük əyləncə mərkəzi yaratdıq.

İDMAN

Sağlam və uzunömürlü həyat sürməyin ən öndə gələn şərtlərindən biri də mütəmadi olaraq idmanla məşğul olmaqdır.  Məhz buna görə də kompleksimizdə xüsusi ərazi yaratdıq. Bu ərazidə idman meydançaları, fitnes zalı, sauna, gimnastika və SPA mərkəzləri fəaliyyyət göstərir.

TİBB

Ekoloji təmizliklə yanaşı sağlamlıq da bizim üçün də prioritet məsələlərdən biridir. BCR kompleksinin tikinti planına sağlamlıq mərkəzlərinin inşası da əlavə edilib. Ərazidə həm böyüklər, həm də uşaqlar üçün müxtəlif təyinatlı tibb və müayinə mərkəzləri (klinika, stomatologiya və s.) fəaliyyət göstərir.

XİDMƏT

Kompleksimizin hər bir sakininə yüksək keyfiyyət və böyük məmnuniyyətlə xidmət göstərməkdən hər zaman məmnunuq. 7/24 videonəzarət, yanğın və mühafizə xəbərdarlığı, binanın bütün giriş-çıxışlarında nəzarət, ərazidə təhlükəsizliyin tam təmin edilməsi, mənzillərdə gündəlik təmizlik xidmətlərinin göstərilməsi xidmətin peşəkarlıq göstəricisidir.